“Kiməsə yalvarası deyiləm” - Cavid Hüseynov karyerasını bitirir
01.07.2021 - 13:24
Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov karyerasını bitirməyə hazırlaşır.
Bunu apasport.az saytına açıqlamasında yarımmüdafiəçi özü deyib.
Ötən mövsümü “Qəbələ”də keçirən 33 yaşlı orta sahə oyunçusu heç bir təklifinin olmadığını söyləyib: “Keşlə” variantı var idi, lakin anlaşmadıq. O məsələ bağlandı. Hələlik başqa heç yerdən təklif almamışam. Özüm də gedib kiməsə yalvarası deyiləm. Əgər vəziyyət bu cür davam etsə, təklif olmasa, karyeramı bitirəcəyəm”.
Qeyd edək ki, 2020-ci ilin yayında “Zirə”dən “Qəbələ”yə keçən Cavid Hüseynov keçən mövsüm 20 oyunda meydana çıxıb.
0
0