“Portuqaliya çox güclü komandadır".
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov deyib.
Hücumçu DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə sabah Bakı Olimpiya Stadionunda keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.
Millimizin üzvü rəqibdən çəkinmədiklərini söyləyib: “Rəqibin gücünü bilirik. Ancaq qələbə üçün əlimizdən gələni edəcəyik. Komanda psixoloji cəhətdən matça hazırdır".
Ələskərov "Bursaspor"da fərqli, millidə fərqli mövqedə oynamasının ona problem yaratmadığını vurğulayıb: "Əvvəllər də həm hücumda, həm də cinahlarda oynamışam. Məşqçilər harada şans versələr, orada bütün gücümü ortaya qoymağa çalışıram".