"Bu gün artıq 3-cü oyunumuzu keçirdik. Komandada irəliləyiş olduğu hiss olunurdu".
Apasport.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Arka" ilə keçirilən yoldaşlıq görüşü haqda danışarkən deyib.
Komandasının Polşa təmsilçisi üzərində 1:0 hesablı qələbəsini dəyərləndirən Abbasov Antalya hazırlığı çərçivəsində ilk qalibiyyəti əldə etdikləri üçün sevincli olduğunu vurğulayıb: "Rəqibimiz fiziki cəhətdən yaxşı komanda idi. Çempionat öncəsi belə əzmkar komandalara qarşı oynamaq bizim üçün də yaxşıdır. Ümumən, uşaqlar meydanın hər qarışı üçün mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik. Komandanı qələbə ruhuna kökləməyə çalışırıq. Burada 1 oyunumuz qalıb. Həmin matçı da uğurla başa vurub, çempionata tam hazır şəkildə Vətənə dönəcəyimizi düşünürəm".
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək