Azərbaycan Premyer Liqasında komandaların sayı artırılacaq.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlayıb.
İTV-nin “Bol idman” verilişinin qonağı olan qurum rəhbəri bildirib ki, I divizionda çıxış edən
“Kəpəz” və “Turan-Tovuz” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq. Qərb təmsilçiləri cari mövsümdəki nəticələrindən asılı olmayaraq güclülər sırasına qayıdacaqlar.
Qeyd edək ki, ölkənin ən köklü və titullu klublarından biri olan “Kəpəz” I divizionda mövsümün ilk yarısını 8-ci pillədə başa vurub. Tarixin yaddaşına köçən “Turan” və “Turan-T”nin bazasında yeni klub kimi bir neçə il öncə yaradılan “Turan-Tovuz” isə 3-cü sırada qərarlaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı