“Barselona”da prezidentliyə namizədlərdən Xavyer Vilajoana baş məşqçi məsələsinə aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, futbol funksioneri hazırkı çalışdırıcı Ronald Kumana üstünlük verəcəyini bildirib.
O, niderlandlı mütəxəssisi postunda saxlayacağını vəd edib: “Seçkilərdə qalib gəlsəm, Kuman “Barselona”nın baş məşqçisi olaraq qalacaq. “Barselona”dakı oyunçular və məşqçi heyəti, əslində mənim oyunçularım və məşqçilərimdir”.
Qeyd edək ki, “Barselona”da prezidentliyə digər namizədlər komandanın əfsanəvi kapitanı Xavi Ernandesi baş məşqçi postuna gətirmək niyyətində olduğunu açıqlayıb.