“Lazımsız səhvə yol verdiyimzə görə məyus olduq" – Həşimovdan məğlubiyyətə şərh
11.01.2020 - 19:55
“Lazımsız səhvə yol verdiyimzə görə məyus olduq" – Həşimovdan məğlubiyyətə şərh

"İlk oyun üçün istəyimiz fiziki yüklənməni meydanda tətbiq etmək idi. Ümumi götürsək, buna nail ola bildik”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Zaur Həşimov deyib.

Gənc çalışdırıcı Türkiyə toplanışı çərçivəsində keçirilən ilk yoxlama oyununu dəyərləndirib. O, yerli “Ümraniyəspor”la matçdakı 0:3 hesablı məğlubiyyətə şərh verib: “Sadəcə, adi epizodlarda top itkilərinə və müdafiədə həddən artıq lazımsız səhvə yol verdiyimzə görə məyus olduq. Bunlar taktiki deyil, fərdi-texniki səhvlər idi. Belə çatışmazlıqlara görə hesab 0:3 oldu. Ancaq hesaba baxmayaraq, bu oyun üçün qarşıya qoyduğumuz planı yerinə yetirə bildik. Nəzərə alaq ki, ağır fiziki yükləmələrlə məşq edirik. Futbolçuların bir qədər yorğun görünməsi normaldır. Rəqib komandada isə fərqli idi, “Ümraniyəspor” tam hazır, formasının pikindədir, bir neçə gün sonra onların liqası başlayacaq. Biz isə hələ yükləmələrin əvvəlindəyik".