“Lester” daha bir müdafiəçi aldı - Fransadan
29.09.2020 - 23:02
İngiltərənin “Lester” klubu heyətinə daha bir futbolçu qatacaq.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Uesli Fofana ilə gücləndirəcək.
Fransanın “Sent-Etyen” klubunun 19 yaşlı müdafiəçisinin keçidi ilə bağlı razılıq əldə olunub. Transfer üçün 35 milyon avro ödəniləcək.
Qeyd edək ki, Fofana Liqa1-in ötən mövsümündə 14 oyunda 1 qol vurub.
0
0