“Lester”ə keçir – Fransa çempionu
26.05.2021 - 14:54
“Lill”in heyətində Fransa çempionu olan Bubakari Sumare karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Lester”ə keçəcək.
Artıq keçidlə bağlı bütün detallar razılaşdırılıb. Premyer Liqa təmsilçisi 22 yaşlı futbolçu üçün 23 milyon avro ödəyəcək. Sumare “tülkülər”lə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Sumare “Lill”ə 2017-ci ildə PSJ-nin gənclər komandasından keçib.
0
0