“Lester”də keçir – Cengiz Ündər
16.09.2020 - 22:11
Türkiyə millisinin və İtaliyanın “Roma” klubunun futbolçusu Cengiz Ündər karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, hücumçu “Lester”ə keçəcək.
O, 3 milyon avroya icarəyə veriləcək. Müqaviləyə əsasən, Premyer Liqa klubu sonradan futbolçunu 25 milyon avroya transfer etməlidir. Forvard ildə 3,5 milyon qazanacaq.
Qeyd edək ki, Cengiz Ündər ötən mövsüm 23 oyunda 3 qol vurub.
0
0