“Lill”in üç futbolçusu “Real”ın hədəfində
03.01.2020 - 12:31
“Lill”in üç futbolçusu “Real”ın hədəfində

İspaniyanın “Real” klubu heyətini yeni transferlərlə gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Fransanın “Lill” klubunda çıxış edən üç futbolçu ilə maraqlanır.

Baş məşqçi Zinəddin Zidan nigeriyalı hücumçu Viktor Osimen, Bubakari Sumare və braziliyalı Qabrieli sərəncamında görmək istəyir. Mütəxəssis bu oyunçuların ən geci yayda transfer edilməsinin tərəfdarıdır.

Qeyd edək ki, “Real” qış fasiləsində iki futbolçu – hücumçu Mariano Dias və yarımmüdafiəçi Braim Diasla yollarını ayıracaq.