“Lion” baş məşqçi axtarır
31.03.2022 - 00:36
Xorvatiya millisinin sabiq baş məşqçisi Niko Kovaç karyerasını Liqa1-də davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hazırda işsiz olan mütəxəssis “Lion”un baş məşqçisi postuna namizəddir.
Klub rəhbərliyi Piter Boşun işindən ciddi narazıdır. Bu üzdən lionlular ona əvəzləyici axtarır.
Kovaç bu posta yeganə namizəd deyil. Xorvatiyalı kimi Stefan Jülyen də iddia edir.
Qeyd edək ki, Kovaç yanvarın 1-də “Monako”dan istefaya göndərilib.
0
0