“Liqa kubokunu yığışdırmaq lazımdır” – Pep Qvardiola
21.01.2020 - 12:31
“Liqa kubokunu yığışdırmaq lazımdır” – Pep Qvardiola

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Kloppun ardından daha bir əcnəbi mütəxəssis təqvimlə bağlı sərt etiraz edib.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola təkcə problemi deyil, həm də çıxış yolunu qabardıb.

İspaniyalı mütəxəssis Liqa kubokunun ləğvini təklif edib: “Təqvimin belə sıx olmaması üçün Liqa kubokunu yığışdırmaq lazımdır. Onda turnirlər və oyunlar daha az olacaq. Bu isə kəmiyyətin azlığı, keyfiyyətin çoxluğu deməkdir. İnsanlar bir az futbolsuz da yaşaya biləcək. Yoxsa ki, belə lap artıqdır. Çox oynamaqdan futbolçular zədələnir. Keynə, Reşforda görə üzülürəm. Futbol rəhbərliyi düşünməlidir. Bundan məşqçilər də narazıdır. Amma rəhbərliyin vecinə deyil. Bir neçə gündən bir oynayırıq. Bunun əziyyətini futbolçular çəkir”.