“Livepul” 19 yaşlı hücumçu alır
02.03.2022 - 22:24
“Liverpul” hücum xəttini gücləndirmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bu məqsədlə Adam Xlojeki transfer etməyi planlaşdırır.
Çexiya “Sparta”sının şərəfini qoruyan 19 yaşlı forvard artıq bu yay klubunu dəyişə bilər. Lakin Xlojekin müqaviləsi 2024-cü ilədək olduğundan, bu amilin keçidə əngəl törətməsi də istisna deyil. Bu, mersisaydlıları hücumçu üçün yüksək məbləğdə xərcə sala bilər. “Liverpul” isə mümkün qədər az vəsait xərcləmək fikrindədir.
Qeyd edək ki, çexiyalı cari mövsümün 33 oyununda 8 qol vurub.
0
0