“Liverpul” “Enfild Roud”da qarşısıalınmazdır
28.04.2022 - 10:36
“Liverpul” “Enfild Roud”da qarşısıalınmazdır

Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda “Vilyarreal”ı üstələyən “Liverpul” (2:0) “Enfild Roud”da məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.

Apasport.az saytının məlumatına görə, “qırmızılar” turnirin bu mərhələsində indiyə qədər doğma arenasında yenilgi üzü görməyib.

Komanda Liverpuldakı 19 yarımfinal görüşünün 16-da qələbə qazanıb, 3 dəfə heç-heçə edib.

Bundan başqa, cari mövsüm avrokuboklarda 9-cu qələbəsini qazanan Premyer Liqa təmsilçisi şəxsi rekordunu yeniləyib. Bu mövsüm komandanın passivində cəmi 1 məğlubiyyət olub. O da 1/8 final mərhələsinin “İnter”lə cavab görüşünə təsadüf edib.

Qeyd edək ki, mayın 3-dəki cavab matçında “Vilyarreal” “Liverpul”u qəbul edəcək.