“Liverpul” müdafiəçisini göndərdi
13.01.2020 - 14:26
İngiltərənin “Liverpul” klubunun futbolçusu Nataniel Fillips karyerasını Almaniyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı müdafiəçi yenidən “Ştutqart”a icarəyə verilib.
Mövsümün ilk yarısında da 2-ci Bundesliqa klubunda çıxış edən Fillips bir müddət əvvəl geri qayıtmışdı. İngiltərə kubokunun “Everton”la görüşündə də iştirak edən müdafiəçi yenidən yollandığı “Ştutqart”da mövsümün sonuna qədər oynayacaq.
Qeyd edək ki, Fillips “Ştutqart”da 9 çempionat oyununa çıxıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0