“Liverpul” müdafiəçisini göndərdi – MLS-ə
15.09.2020 - 19:04
İngiltərənin “Liverpul” klubunun futbolçusu Toni Qallaxerin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı şotlandiyalı müdafiəçi MLS-də çıxış edəcək.
O, Kanadanın “Toronto” klubuna icarəyə verilib. İcarə anlaşması mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qallaxer 2018-ci ilin qışında Şotlandiyanın “Falkirk” klubundan transfer olunub.
0
0