“Liverpul” müdafiəçisini transferə çıxarır
01.03.2022 - 17:36
“Liverpul” mərkəz müdafiəçisi Co Qomesi satacaq.
Apasport.az saytının məlumatına görə, “qırmızılar” 25 yaşlı futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
Premyer Liqa təmsilçisi mövsümün sonunda onu transferə çıxaracaq. 30 milyon funt sterlinq verəcək klub İngiltərə millisinin üzvünü heyətinə qatacaq. Arxa xətt oyunçusu ilə “Real”, “Nyukasl” və “Aston Villa” yaxından maraqlanır. Ancaq tələb olunan məbləği hələlik yalnız “Nyukasl” ödəməyə razıdır.
Qeyd edək ki, Co Qomes bu mövsüm Premyer Liqada cəmi 5 oyun keçirib.
0
0