“Liverpul”dan 5 milyonluq transfer
12.04.2022 - 00:46
“Liverpul”dan 5 milyonluq transfer

“Liverpul” heyətinə yeni yarımmüdafiəçi qatacaq.

Apasport.az saytının məlumatına görə, mersisaydlılar Fabio Karvalyo ilə güclənəcək.

“Fulhem”in oyunçusunun keçidi razılaşdırılıb. O, klubunun razılığı ilə tibbi müayinədən də keçib.

5 illik müqavilə imzalayacaq Fabio 2027-ci ilədək “Liverpul”un formasını geyinəcək. Bu keçid üçün 5 milyon avro ödəniləcək. 2,7 milyonluq əlavə bonuslar da nəzərdə tutulub. Klub rəhbərliyi yeni oyunçunu icarəyə verməyi planlaşdırmır.

Qeyd edək ki, Karvalyo cari mövsümdə 27 matçda 7 qol vurub.