“Liverpul”dan gedir - İtaliyaya
22.05.2020 - 16:57
İngiltərənin “Liverpul” klubunun futbolçusu Xerdan Şakiri mövsümlərarası dövrdə komandasını dəyişəcək.
Apasport.az saytının məlumatına görə, isveçrəli karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
“Roma” və “Napoli” onu heyətində görmək istəyir. “Liverpul”da Yurgen Kloppun o qədər də etimad göstərmədiyi Şakiri komandanı Harri Uilson və Marko Qruiçlə birgə tərk edəcək.
Qeyd edək ki, Xerdan ötən mövsüm “Liverpul”la birlikdə Çempionlar Liqasını qazanıb.
0
0