“Liverpul”dan getdi - Portuqaliyaya
20.07.2021 - 16:48
İngiltərənin “Liverpul” klubunun futbolçusu Marko Qruiç karyerasını Portuqaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
Yarımmüdafiəçi “Porto”ya keçib. O, yeni klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Markonun xidmətində İtaliya klubları da maraqlı idi.
0
0