“Liverpul”dan rəsmi təklif – Türkiyə millisinin qapıçısına
03.05.2021 - 11:14
“Liverpul”dan rəsmi təklif – Türkiyə millisinin qapıçısına

Türkiyə millisinin qapıçısı Uğurcan Çakır legioner həyatı yaşamağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “Trabzonspor”un qolkiperi bir neçə nəhəng klubun maraq dairəsindədir.

Son vaxtlar parlaq çıxışı ilə diqqət çəkən 25 yaşlı oyunçu “İnter”dən sonra “Liverpul”un da gündəminə düşüb. Hər iki klub onu əsas qapıçıya layiqli əvəzləyici hesab edir. İngiltərə təmsilçisi hətta danışıq aparmaq üçün rəsmi müraciət də edib. “Trabzonspor” qolkiperinin satışından təxminən 20-25 milyon avroluq qazanc əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Uğurcan Çakırın “Trabzonspor”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

0