
Çempionlar Liqasında qrup mərhələsinin VI turu başlayıb.
Apasport.az saytının məlumatına görə, E qrupunda son iki oyun baş tutub.
Qarşılaşmalar favoritlərin qələbəsi ilə başa çatıb. Nəticədə 1/8 finala yüksələn “Liverpul”la “Napoli” sensasiyaya imkan verməyib.
İtaliya təmsilçisi Belçika “Genk”ini darmadağın edərək 2-ci yeri tutub. İngiltərə klubu isə Avstriyada “Zalsburq”a qalib gəlib. Meydan sahibləri qələbə ilə mersisaydlıları qrupda saxlamaq imkanına malik olsalar da, yarışın son qalibi ikinci hissədəki qollarla 1-ci pilləni qoruyub. “Zalsburq” isə yoluna Avropa Liqasının 1/16 finalında davam edəcək.
Qeyd edək ki, bu gün daha üç qrupda VI turun oyunları keçiriləcək. F, G və H qruplarında mübarizəyə yekun vurulacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
10 dekabr
E qrupu
21:55. “Napoli” (İtaliya) - “Genk” (Belçika) – 4:0
Milik, 3, 26, 38 (pen.), Mertens, 75 (pen.)
21:55. “Zalsburq” (Avstriya) - “Liverpul” (İngiltərə) – 0:2
Keyta, 57, Salah, 58
1 |
Liverpul |
6 |
4 |
1 |
1 |
13-8 |
13 |
2 |
Napoli |
6 |
3 |
3 |
0 |
11-4 |
12 |
3 |
Zalsburq |
6 |
2 |
1 |
3 |
16-13 |
7 |
4 |
Genk |
6 |
0 |
1 |
5 |
5-20 |
1 |