“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold ən çox bəyəndiyi komandanın adını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı cinah oyunçusu formasını geyindiyi “qırmızılar”la yanaşı, “Barselona”ya pərəstiş etdiyini söyləyib.
İngiltərə millisinin üzvü İspaniya klubunun azarkeşi olduğunu etiraf edib: “Liverpuldan başqa, mənim ən sevimli klubum “Barselona”dır. Kataloniyalılar təxminən “Liverpul”la eyni dəyər və inanclara sahibdirlər. Onlar akademiyadan olan oyunçuları əsas komandaya cəlb etməyi xoşlayırlar. Mən Messi, İnyesta, Xavi, Anri və Etonun heyətində yer aldığı “Barselona”nın oyununa baxaraq böyüdüm”.
Qeyd edək ki, Trent Aleksander-Arnold bu mövsüm 26 oyunda 2 qol vurub, 11 məhsuldar ötürmə verib.