“Liverpul”un istədiyi qolçu
23.02.2022 - 22:03
“İnter”in hücumçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Liverpul” 25 yaşlı forvardın xidmətində maraqlıdır.
Premyer Liqa təmsilçisi Argentina millisinin forvardını yayda heyətinə cəlb etməyi planlaşdırır. Hücumçuların tez-tez zədələnməsi səbəbindən baş məşqçi Yurgen Klopp rəhbərlikdən Martinesin transferini istəyib. “Qırmızılar” martdan etibarən İtaliya çempionu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, 2018-ci ildən “İnter”də çıxış edən Lautaro Martinesin müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
0
0