“Liverpul”un rəqibi bəlli oldu - “Çelsi”
17.04.2022 - 21:40
“Liverpul”un rəqibi bəlli oldu - “Çelsi”

İngiltərə kubokunda ikinci finalçı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Çelsi” yarımfinalda “Kristal Pelas”ı mübarizədən kənarlaşdırıb.

“Zadəganlar”ın qollarını ikinci hissədə Ruben Loftus-Çik və Meyson Maunt vurub. “Çelsi” finalda “Liverpul”la görüşəcək. Mersisaydlılar bir gün öncə “Mançester Siti”ni 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, final matçı mayın 14-də “Uembli”də keçiriləcək.