“Liverpul”un rəqibi müəyyənləşdi – DÇ-nin yarımfinalında
15.12.2019 - 01:16
“Liverpul”un rəqibi müəyyənləşdi – DÇ-nin yarımfinalında

Qətərdə keçirilən klublararası dünya çempionatında 1/4 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu oyunlardan sonra mübarizəyə yarımfinaldan başlayacaq Avropa və Cənubi Amerika təmsilçilərinin rəqibləri bilinib.

UEFA Çempionlar Liqasını qazanan İngiltərə təmsilçisi “Liverpul” dekabrın 18-də “Monterrey”lə görüşəcək. Meksika klubu yerli “Əl-Sədd”ə qalib gəlib.

Libertadores kubokunun qalibi olan Braziliya “Flamenqo”su dekabrın 17-də “Əl-Hilal”la üz-üzə gələcək. Səudiyyə Ərəbistanı təmsilçisi Tunis “Esperans”ını məğlub edib.

Qeyd edək ki, ayın 17-də “Əl-Sədd” və “Esperans” arasında 5-ci yer uğrunda matç da keçiriləcək.

Klublararası dünya çempionatı
1/4 final
14 dekabr

“Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – “Esperans” (Tunis) – 1:0
Qomis, 73
“Monterrey” (Meksika) – “Əl-Sədd” (Qətər) – 3:2
Vanjoni, 23, Mori, 45+1, Rodriges, 77 – Bunedja, 66, Hassan, 89