“Mançester Siti” ilə oyunu buraxa bilər - Mbappe
30.04.2021 - 17:33
PSJ-nin hücumçusu Kilian Mbappe zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə Paris klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
22 yaşlı forvardın sağ baldır əzələsindən xəsarət aldığı bildirilib. Bu səbəbdən o, Liqa1-in XXXV turunda “Lans”la sabah keçiriləcək qarşılaşmanı buraxacaq. Onun Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” ilə cavab görüşündə iştirakı da sual altındadır.
Qeyd edək ki, “Mançester Siti” – PSJ oyunu mayın 4-də keçiriləcək.
0
0