“Mançester Siti” yarımmüdafiəçi axtarışına başlayıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu yayda bu mövqeyə oyunçu almağı planlaşdırır.
Mançesterlilər Fernandinyonu əvəzləyə biləcək futbolçunun xidmətində maraqlıdır. Braziliyalı gələcək karyerası ilə bağlı qərar verməyib.
Baş məşqçi Pep Qvardiola onun daha bir mövsüm komandada qalmasını istəyir. Lakin cənubi amerikalı hələ düşünməyə üstünlük verir. Onu əvəzləməyə əsas namizəd kimi “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays göstərilir.
Qeyd edək ki, Fernandinyo 2013-cü ilin yayında “Şaxtyor”dan 40 milyon avroya transfer olunub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"