“Mançester Siti”dən ayrılacaq - Fernandinyo
29.11.2020 - 13:38
“Mançester Siti”dən ayrılacaq - Fernandinyo

“Mançester Siti”nin futbolçusu Fernandinyo mövsümün sonunda klubdan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi braziliyalı yarımmüdafiəçi ilə müqaviləni uzatmaq fikrində deyil.

Bu üzdən Fernandinyo artıq digər variantları nəzərdən keçirir. O, Braziliya və MLS klublarından olan təkliflər alıb.

Qeyd edək ki, Fernandinyo cari mövsüm 5 oyun keçirib.