“Mançester Siti”nin ukraynalı futbolçusu Aleksandr Zinçenko Azərbaycanla bağlı paylaşım edib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə ölkəsinə dəstək nümayiş etdirən Azərbaycan xalqına təşəkkürünü bildirib.
Ulduz futbolçu Bakıda Ukraynaya dəstək məqsədilə keçirilən aksiyanın görüntülərini paylaşıb, təşəkkür edib.
Həmin görüntüləri paylaşan Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik də təşəkkürünü bildirib. O, paylaşımında Azərbaycan və Ukrayna bayraqlarına da yer verib.
Qeyd edək ki, dünən Ukraynanın Azərbaycandakı səfirliyinin qarşısında bu ölkəyə dəstək aksiyası keçirilib.
