“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Real” önündə şanslarını dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçu öz komandasını finala daha yaxın görür.
O, “Mançester Siti”nin rəqibdən güclü olduğunu düşünür: “Real”ın necə oynadığını çox yaxşı bilirik. Onların Çempionlar Liqasındakı təcrübəsindən xəbərdarıq. “Real” qol vurmaq üçün öz vaxtını gözləməyi bacarır. Bu, onların əsas üstünlüyüdür. Rəqib 90 dəqiqə dominantlıq edə bilməyəcək, ancaq hər an təhlükə yarada bilər. İradə nümayiş etdirməli olacağıq. Düşünürəm ki, biz “Real”dan güclüyük. Bunu meydanda da sübut etmək lazımdır”.
Qeyd edək ki, sabah keçiriləcək “Mançester Siti” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.