"Mançester Yunayted" yenidən baş məşqçi dəyişikliyinə əl ata bilər.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İngiltərə klubu Ole-Qunnar Sulşerin fəaliyyətindən məmnun deyil.
Hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşan "qırmızı şeytanlar" Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədən bir qədər də uzaqlaşsa, norveçli mütəxəssis istefaya göndəriləcək. Əgər bu baş verərsə, 46 yaşlı çalışdırıcı 6 milyon avro təzminat əldə edəcək.
Maçesterlilər yeni baş məşqçinin kimliyini də artıq müəyyənləşdiriblər. Sulşer qovularsa, bu posta italiyalı Massimiliano Alleqri gətiriləcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı