“Ayaks”ın baş məşqçisi Erik ten Haq tezliklə “Mançester Yunayted”in yeni çalışdırıcısı kimi təqdim ediləcək.
Apasport.az saytı xəbər verir ki, Premyer Liqa təmsilçisi artıq gələn həftə bu keçidi rəsmən açıqlamağı planlaşdırır.
“Qırmızı şeytanlar” indi niderlandlı mütəxəssisin köməkçilərini müəyyənləşdirməyə çalışır. Vaxtilə ten Haqın köməkçi olduğu dönəmdə “Tvente”ni çalışdıran Stiv Maklarenlə bu yöndə danışıqlar davam edir. Digər köməkçinin isə Mitçel olması gözlənilir.
Qeyd edək ki, ötən ilin sonunda “Mançester Yunayted”in sükanı arxasına keçən Ralf Ranqnik mövsümün sonunda vəzifəsindən ayrılacaq. “Mankunianlar” hazırda 51 xalla Premyer Liqada 7-ci pillədə qərarlaşır.