“Mançester Yunayted” Torresdən əl çəkmir
20.04.2022 - 14:31
“Mançester Yunayted” Torresdən əl çəkmir

“Mançester Yunayted” “Vilyarreal”ın müdafiəçisi Pau Torresdən əl çəkmir.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” müdafiə xəttindəki problemi 25 yaşlı oyunçu ilə həll etməkdə israrlıdır.

“Mankunianlar” İspaniya millisinin üzvünü hələ ötən yay transfer etmək istəyirdi. Lakin həmin vaxt “Real”dan Rafael Varana üstünlük verilib. Premyer Liqa təmsilçisi Torresi 60 milyon avroya transfer edə biləcəyini düşünür.

Qeyd edək ki, Pau Torresin “Vilyarreal”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.