İngiltərənin “Mançester Yunayted” klubu iki futbolçusunu satmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi yarımmüdafiəçi Nemanya Matiç və müdafiəçi Markos Roxo ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.
Əgər oyunçularla bağlı sərfəli təklif alınsa, hər ikisi qışda başqa kluba transfer olunacaq. Çünki N.Matiçlə M.Roxo klubun uzunmüddətli planlarına daxil deyil.
31 yaşlı serbiyalı ilə iki Premyer Liqa klubu maraqlanır. N.Matiç “Atletiko” və “Milan”ın da maraq dairəsinə düşüb.
Qeyd edək ki, hər iki futbolçu cari mövsümdə Premyer Liqada 3 oyun keçirib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı