İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqa klubuna ilk keçidində Azərbaycan millisi ilə oyunun rolu olub.
Apasport.az saytının məlumatına görə, bunu norveçli mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, futbolçu kimi “Old Trafford”a “köçməsi” 1996-cı il iyunun 2-də Osloda baş tutan Norveç – Azərbaycan matçından sonra reallaşıb. 5:0 hesabı ilə bitən qarşılaşmada O.Q.Sulşer iki qolla komandasının qələbəsində pay sahibi olub: “Norveç yığmasında Azərbaycana qarşı oynayırdım. Həmin matçda iki qol vurdum. “Mançester Yunayted”in skautu Ronni Yonseni izləmək üçün stadionda idi. O, baş məşqçi Aleks Ferqyusona zəng vurub məni məsləhət gördü. Agentimlə əlaqə saxladılar və mən Mançestərə uçdum. Ferqyusonla nahar etdik”.
Qeyd edək ki, 1996-2007-ci illərdə “Mançester Yunayted”də çıxış edən O.Q.Sulşer karyerasını da bu klubda başa vurub. O, 235 oyunda 91 qol vurduğu komandada Çempionlar Liqası, Qitələrarası kubok, Premyer Liqada 6 çempionluq, iki İngiltərə kuboku və iki İngiltərə Superkuboku əldə edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı