“Mançester Yunayted”ə lazım olmadı - Dembele
31.01.2022 - 00:00
“Mançester Yunayted”ə lazım olmadı - Dembele

Usman Dembele “Mançester Yunayted”ə keçməyəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İngiltərə klubunun rəhbərliyi verib.

Premyer Liqa təmsilçisi “Barselona”nın futbolçusunu qış transfer pəncərəsində heyətinə qatmaq fikrində deyil. Dembele İspaniya klubu ilə müqaviləni uzatmaqdan imtina etdiyi üçün klub rəhbərliyi onu satmaq niyyətindədir.

Qeyd edək ki, Usman cari mövsüm La liqada 6 oyunda 1 assistə imza atıb.