“Mançester Yunayted”də qaldı - İqalo
01.06.2020 - 14:56
“Mançester Yunayted”də qaldı - İqalo

Hücumçu Odion İqalo karyerasını İngiltərənin “Mançester Yunayted” klubunda davam etdirəcək. 

Apasport.az saytının məlumatına görə, Çinin “Şanxay Şenxua” klubuna məxsus 30 yaşlı nigeriyalının icarə müddəti uzadılıb.

Forvard 2021-ci il yanvarın 31-dək Premyer Liqa təmsilçisində çıxış edəcək. 2020-ci ilin yanvarında mayın 31-dək icarəyə götürülən hücumçu üçün 3 milyon funt sterlinq ödənmişdi. İqalo isə həftədə 130 min qazanırdı.

Qeyd edək ki, Odion Mançester təmsilçisində keçirdiyi 8 matçda 4 qol vurub.
 

0