“Mançester Yunayted”dən qapıçısına yeni müqavilə təklifi
28.04.2022 - 00:38
“Mançester Yunayted” qapıçısı David de Xeanı heyətində saxlamağa qərar verib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiperə yeni müqavilə təklif olunacaq.
Onun indiki anlaşması 2023-cü ilin yayında başa çatacaq. Tərəflər yaxın günlərdə bu müddəti uzatmaq üçün bir araya gələcək.
Qeyd edək ki, de Xea cari mövsüm 42 oyunda 60 top buraxıb. O, 9 quru matç keçirib.
0
0