“Mançester Yunayted”in baş məşqçisi: “Onların 25 bolidi var”
20.04.2022 - 12:09
“Mançester Yunayted”in baş məşqçisi: “Onların 25 bolidi var”

“Yurgen Klopp “Liverpul”a 6 il əvvəl gələndə olan heyətlə indikini müqayisə edin. Həmin vaxt onun komandası 8-ci oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik deyib.

Almaniyalı mütəxəssis Premyer Liqanın XXX turunun “Liverpul”la səfər matçındakı 0:4 hesablı məğlubiyyətə şərh verib. Ranqnik bunu rəqibin gücü ilə izah edib: “Biz də təxminən eyni durumdayıq. Hər transfer pəncərəsi ilə komandanın heyəti inkişaf etdi. Kimisi günahlandırmıram. “Liverpul”un necə heyətə malik olduğunu başa düşmək lazımdır. Onların ehtiyat oyunçular skamyasına, ümumiyyətlə heyətə düşməyən dörd futbolçuya – Oksleyd Çemberlen, Minamino, Elliott və zədəli Roberto Firminoya fikir verin. Onların komandasında “Formula-1”in 25 bolidi var”. 

Qeyd edək ki, 76 xala malik “Liverpul” Premyer Liqanın lideridir.