“Mançester Yunayted”in futbolçusu açıqladı: “Ayrılıram”
16.04.2022 - 10:51
“Mançester Yunayted”in futbolçusu açıqladı: “Ayrılıram”

Mövsümün sonunda “Mançester Yunayted”i tərk edəcək ilk futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Nemanya Matiç yayda klubunu dəyişəcək.

Bunu serbiyalı oyunçu özü açıqlayıb. 33 yaşlı futbolçu müqavilə müddəti 2023-cü ilin yayına qədər olsa da, bu il komandadan gedəcəyini deyib: “Xeyli fikirləşdikdən sonra bu mövsümün “Mançester Yunayted”lə sonuncu olacağına qərar verdim. İdarə heyətinə, məşqçilərə və oyunçulara qərarım barədə məlumat verdim”.

Qeyd edək ki, Nemanya Matiç 2017-ci ildən “Mançester Yunayted”də çıxış edir.