“Mançester Yunayted”in futbolçusu Şotlandiya klubunda
28.01.2022 - 00:00
“Mançester Yunayted”in futbolçusu Şotlandiya klubunda

“Mançester Yunayted”in futbolçusu Amad Diallo karyerasını Şotlandiyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi “Reyncers”ə icarəyə verilib.

Fil Dişi Sahilindən olan oyunçu mövsümün sonunadək Qlazqo təmsilçisində çıxış edəcək. Onun icarə müqaviləsində sonradan transfer olunmaq şərti yer almayıb.

Qeyd edək ki, Amad cari mövsümdə yalnız 1 oyunda iştirak edib.