“Mançester Yunayted”in futbolçusuna iki təklif
17.05.2020 - 14:17
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Ceyms Qarner karyerasını aşağı liqada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Suonsi” və “Şeffild Uensdey”in maraq dairəsinə düşüb.
Çempionşipdə mübarizə aparan komandalar Qarneri icarəyə götürmək istəyir. Hər iki klub yarımmüdafiəçisi bir mövsümlük heyətinə qatmaqda maraqlıdır.
Qeyd edək ki, “Mançester Yunayted”in oyunçusunun qiymətinin 2,7 milyon avro ilə dəyərləndirilir.
0
0