“Mançester Yunayted”in oyununda - AFFA rəsmisi
05.12.2020 - 11:06
“Mançester Yunayted”in oyununda - AFFA rəsmisi

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb. 

Apasport.az saytının məlumatına görə, assosiasiya rəsmisi Çempionlar Liqasının qrup mərhələsinin son turunda da iş başında olacaq.

Avstriyalı “Leypsiq” (Almaniya) –  “Mançester Yunayted” (İngiltərə) oyununun hakim-inspektor təyin edilib. Bu qarşılaşma dekabrın 9-da Leypsiq şəhərində keçiriləcək.