“Marsel” yarımmüdafiəçi Matteo Qenduzini birdəfəlik transfer edib.
Apasport.az saytının məlumatına görə, Fransa klubu müqavilə ilə “Arsenal”a məxsus olan 22 yaşlı futbolçunun keçidini yoluna qoyub.
Hazırda “Marsel”də icarə əsasında çıxış edən Qenduzi tezliklə 3 illik müqavilə imzalayacaq. Bu transfer “Arsenal”a 9 milyon funt sterlinq qazandıracaq. Liqa1 təmsilçisinin prezidenti Pablo Lonqoriya da açıqlamasında sözləşmədəki bənddən yararlandıqlarını söyləyib.
Qeyd edək ki, Matteo Qenduzi Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıdakı cavab oyununda komandasının 3:0 hesablı qələbəsinə 1 qolla töhvə verib.