“Messi maaşında endirimə getməsə, ayrılacaq” – prezidentliyə namizəd
15.12.2020 - 09:38
“Messi maaşında endirimə getməsə, ayrılacaq” – prezidentliyə namizəd

İspaniyanın “Barselona” klubunda prezidentliyə namizədlərdən olan Emili Rusaud gözlənilməz açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, o, kapitan Lionel Messinin komandadan ayrılacağını istisna etməyib.

Rusaud prezident seçiləcəyi təqdirdə argentinalı superulduzun qarşısına şərt qoyacağını gizlətməyib: “Messi ilə görüşüb, maaşında endirimə getməsini tələb etməliyik. Fədakarlıq etməsini istəyəcəyik. Anlaşa bilməsək, Messi ayrılacaq”.

Qeyd edək ki, “Barselona”da president seçkiləri 2021-ci il yanvarın 24-də keçiriləcək. Messinin klubla müqavilə müddəti mövsümün sonuna qədərdir.
 

0