İspaniyanın “Barselona” klubunda prezidentliyə namizəd Viktor Font komandanın kapitanı Lionel Messi ilə bağlı hədəflərindən söhbət açıb.
Apasport.az saytının məlumatına görə, futbol funksioneri argentinalı superulduzu komandada saxlayacaqlarını söyləyib.
Font 33 yaşlı oyunçu ilə ömürlük müqavilə imzalayacaqlarını açıqlayıb: “İdealda Messini ömürlük müqavilə gözləyir. Ona qısa müddətdə oyunçu kimi etibar edəcəyik. Baş məşqçiliyə namizədimiz Xavi əmindir ki, dünyanın ən yaxşı futbolçusunu saxlamaq prioritet məsələdir. Karyerasını bitirdikdən sonra isə Leonun rəhbərlikdə olması vacibdir. Biz sadəcə, tarixin ən yaxşı oyunçusuna sahib olmağın beynəlxalq miqyasda nə demək olduğunu başa düşmürük”.
Qeyd edək ki, “Barselona”da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı