“Messiyə uduzmusansa, özünü qalib saya bilərsən” - Levandovski
28.02.2022 - 00:36
“Messiyə uduzmusansa, özünü qalib saya bilərsən” - Levandovski

“Bavariya”nın hücumçusu Robert Levandovski növbəti dəfə “Qızıl top”un Lionel Messiyə verilməsinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, polşalı forvard buna görə məyusluq keçirmədiyini söyləyib.

O, “Qızıl top” uğrunda mübarizədə ikinci olmağı qələbəyə bərabər adlandırıb: “Əgər Lionel Messiyə uduzub ikinci yeri tutursansa, özünü qalib hesab edə bilərsən. İnsanlar məni Messi ilə müqayisə edirlərsə, bu o deməkdir ki, əla mövsüm keçirmişəm”.

Qeyd edək ki, Robert Levandovski cari mövsüm Bundesliqada 24 matçda 28 qol vurub.