"Meydanda aciz olduğumuzu deməzdim" - Elmar Baxşiyev
24.11.2019 - 19:14
"Meydanda aciz olduğumuzu deməzdim" - Elmar Baxşiyev

"Neftçi"yə qarşı fərdi hazırlaşmışdıq. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Ancaq bunu bacarmadıq".

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin məşqçisi Elmar Baxşiyev deyib. 

39 yaşlı mütəxəssis Premyer Liqanın XII turunda "Neftçi"yə 1:4 hesabı ilə uduzduqları səfər matçından sonra bildirib ki, komandalar arasında səviyyə fərqi aşkar görünür: "Stabilliyi qoruya bilmirik. Bu da təcrübəli futbolçuların azlığından gəlir. Meydanda aciz olduğumuzu deməzdim. Rəqibin ustalıq səviyyəsi üstün idi, qol epizodların dəyərləndirdilər. Bizdə isə alınmadı".