“Sumqayıt” son dövrdə layiqli oyun göstərir və layiqli nəticələr qazanır. Baş məşqçi kimi məğlubiyyəti gözləyirdim”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubunun çalışdırıcısı Azərbaycan Premyer Liqasının XII turunun “Sumqayıt”la səfər matçındakı 1:2 hesablı məğlubiyyətə şərh verib: “Bu, nə vaxtsa baş verməli idi. Bu gözləntini futbolçulara hiss etdirmirdim. İndi onların üzərinə getməyəcəyəm. Komandanın diqqətinin “Sevilya” ilə səfər oyununa bağlı olduğunu deməzdim. İki fərqli hissə izlədik. Qola qədər top itkilərimiz var idi. Sadə epizodlar idi, amma oyunu həmin dəqiqələrdə uduzduq. Məğlubiyyəti qəbul edirəm. Son dövrlər heyəti tam formalaşdıra bilmirəm. Bunun səbəbi daha çox zədəlilərlə bağlıdır. Buna da hazır olmalıyıq. İkinci dövrədə cəmi bir qələbəmiz olduğundan çox istəkli idik”.
Q.Qurbanov məhsuldarlığın aşağı düşməsini hücumçuların zədələnməsi ilə bağlayıb: “Bu üzdən hücum potensialımız aşağı düşüb. Amma artıq hücumçularımız sıraya qayıdırlar. Xayme Romeronu zədədən yeni döndüyü üçün əvəzlədim, risk etmədim. Dani Kintana da meydana çıxa bilərdi. Futbolçuları qarşıdakı oyunlar üçün qoruyub saxlamaq istədim”.
- İspaniyaya səfər öncəsi belə məğlubiyyət psixoli təsir edəcəkmi? Bunu aradan qaldırmaq üçün baş məşqçi olaraq nə edəsəksiniz?
- Hər məğlubiyyət istər-istəməz futboçulara təsir edir. Bu, bir neçə gün davam dir. Bu iki gündə düzgün addım atmalıyıq. Peşəkarıq və oyundan sonra fikirlərimi futbolçulara bildirdim. İlk növbədə özüm soyuqanlı olaraq bildirdim ki, bu məğlubiyyəti tez bir zamanda yaddan çıxarmalıyq. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez unutmalıyıq. Hər matç bizim üçün önəmlidi. Xüsusilə də Avropada.
- Oğlunuz Musa belə oyunlarda niyə oynamır? I Divizionun bombardiridi...
- Hər şeyin öz vaxtı var. Bizdə Musadan başqa da gənc futbolçular var. Bu mövsüm daha çox məşqlərimizdə iştirak edirlər. "Qarabağ"da oynamaq elə asan deyil. Onlar daha çox çalışmalıdı.
- Asmir Beqoviçi nə vaxtda kənarda qoyub digər qapıçıları da iş başında görmək istəyrsiniz?
- Olacaq bu rotasiya. Qarşıdakı oyunlarda baxacacağıq. Hətta bu gün belə düşüncə vardı. Bu da legioner limitinə görə idi. Açığı, Abbas Hüseynov 3 gün əvvəl oynamışdı, ona görə narahat idim. Gördüm ki, istəkidir, meydanda aktiv idi.